Bacarığın olmadığını düşünürsən? Nahaq yerə! Ağlını işlət, fikir daha vacibdir!
Peşəkar avadanlığın yoxdur? Heç lazım da deyil! Nəyin var, ondan da istifadə et! (məs. telefon, webcam, kamera və s.)
Tək bir qayda var: video ən azı 30 saniə, ən çoxu isə 10 dəqiqə sürməlidir.
Mövzu məhdudiyyəti yoxdur.
Videonun çeşidini özün seç: məs. sənədli, sosial, reklam, ictimai, bədii.
Videonun göndərmə yolları:
1) videonu
www.youtube.com saytına yüklə sonra da istinadı
citizen@antv.ws ünvanına göndər
(www.youtube.com saytına videonun yüklənməsinə dair məsləhəti “Texniki yardım” bölməsində oxuya bilərsən)
2) videonu elektron məktubuna əlavə edib
citizen@antv.ws ünvanına göndərə bilərsən
3) videonun həcmi 5 meqabaytdan artıq deyilsə, onu birbaşa “Xəbərini əlavə et” səhifəsindən göndərə bilərsən.
Seçilmiş videolar ANTV-nin saytında yerləşdiriləcəklər. Müəlliflik hüquqları videoları çəkənlərə məxsus olacaq.
Suallarınızı
support@antv.ws ünvanına yazın.