Avropa Jurnalistika Mərkəzi (EJC) entuziast jurnalistləri, bloqçuları, tələbə və ekspertləri TH!NK ABOUT IT adlı bloq müsabiqəsinin 3-cü raundunda iştirak etməyə dəvət edir. Təqaüd : mükafat: BMT-nin Nyu-Yorkdakı Baş Qərargahına səyahət.
Müddət: 24 mart-31 avqust 2010-cu il
Açıqdır: jurnalistlər, bloqçular, tələbə və ekspertlər üçün
TH!NK3: Developing World Avropa Birliyinin 27 ölkəsindən, eləcə də onlarla qonşu olan və digər xarici ölkələrdən olan 100 -dək bloqçu, jurnalist, problem eksperti və tələbələri dayanıqlı inkişaf və qlobal əməkdaşlıq mövzularında ideya mübadiləsi və debatlar aparmaq üçün bir araya gətirəcəkdir.
Keçirilmə müddəti
Bloq müsabiqəsi 2010-cu ilin martın 24-dən avqustun 31-dək davam edəcək və 22-23 mart tarixlərində Brüsseldə açılış tədbiri ilə başlanacaqdır.
Mükafat
Mükafat Asiya və Afrikaya səyahət etmək və oradan hesabat hazırlamaq imkanlarını əhatə edir. Baş mükafat 2010-cu ilin sentyabr ayında, “Minilliyin İnkişaf Məqsədləri” adlı Sammitin keçirildiyi dövrdə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahına səyahətdir. Bütün səyahət xərcləri EJC və ya bizim tərəfdaşlarımız tərəfindən ödənilir.
Qeydiyyat
Müsabiqədə iştirak etmək üçün namizədlər qeydiyyat formasını dolduraraq onlayn qeydiyyatdan keçməlidirlər.
DAHA ƏTRAFLI MƏLUMAT ÜÇÜN BU LİNKƏ BASIN http://climatechange.thinkaboutit.eu
|