Video Yazı Foto
Saytı ana səhifə et
Ana səhifə // ANTV haqda məlumat // Çək və göndər! // Saytın imkanları // Texniki yardım // Emin&Adnan
07 Sentyabr 2010 - Çərşənbə axşamı
Ana səhifə
ANTV-nın videoları
Digər videolar
Bloq yazıları
Əlaqə
E-mail yaz və abunə ol:
 
Təsadüfi videolar
ANTV GƏNCƏ - İnsan alveri
Qan ver - can ver!
GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ
Çünki mən Azərbaycanlıyam: Başqa Yerdə Sataş!
İdeya və Çarə 03.03.2010

Bir az çarələşək. Söz əslində texniki məvhumdur, hərf yığınıdır. Ona bir millət, fərd, intelektuallar nə məna verirsə, necə təvsir ve təsvir edirsə o daha vacibdir. Ideyalarımız dəyişdikcə, inkişaf etdikcə sözlərimizin mənası da dəyişir.

Özgüvəni zəif olan toplumlarda, azad olmayan cəmiyyətlərdə ünsiyyət və müzakirə üçün məkanlar məhdud olduğundan dil də inkişaf edib dəyişmir, çünki insanlar inkişaf edib dəyişmirlər. Müzakirə yoxdur. Biz inkişaf ediriksə, dəyişiriksə sözlərə verdiyimiz mənalar da dəyişməlidir.

Yeni sözlər yaratmaqdan qorxmayın. Sınamaqdan qorxmayın. Tənqid gözəl şeydir, ortalığı duruldur təngid. Yeni sözlər yaradın, ideyanızın inkişafina uyğun sözlərinizi də dəyişin. Fikirlərimiz dəyişdikcə hərflərimiz-sözlərimiz yeni məna alsın.

Dərdləşmə sözü bədbin mənəvi-psixoloji vəziyyət yaradır. Dərdləşməyə alternativ olaraq Çarələşmə sözünü təklif edirəm. Problem olması, dərd olması yaxşı haldır. Problem çarə istəyir. Dərddən daim şikayətlənmək, deyinmək isə neqativ haldır. Ətrafda olan insanlara neqativlik verir, onları uzaqlaşdırır. İnsanlar olmayanda isə müzakirə olmur, müzakirə də olmayan halda dərdə çarə tapmaq olmur.

Çarələşərək, gəlin, mesajımız aydın olsun. Nikbin mənəvi-psixoloji vəziyyət yaradır. Çarə hədəf seçdirir. Hədəf isə ona doğru getməyimizi istəyir.

Çarələşək, müzakirələşək, hədəfimizi seçək, ona doğru gedək.

Ruslan Asad.


http://perestroikaofvalues.blogspot.com/


Added by Lincoln.
Qiymət: 0.0
Səslərin sayı: 0
 
Yadda saxla:              
Şərhini yaz
Ad * E-mail
Mətn *
Kodu daxil edin *

 
Azerbaijan Network Television © 2009 - All Rights Reserved